Tortu bəzəmək bişirmək qədər önəmlidir. Bu sadə, lakin gözə çox xoş görünən şokoladlı “hasar” istənilən tortda mükəmməl görünür.
Tərkibi:
100 qr şokolad
yağlı kağız (perqament kağız)
Hazırlanma qaydası:
İlk öncə perqament kağızı hazırlayın. Sizin tortun ölçülərinə
uyğun olaraq bir və ya iki zolaq ölçüb kəsin. Şokoladı xırdalayın və su hamamında və ya mikrodalğalı sobada əridin.Ərinmiş şokoladı küncü kəsilmiş bir plastik torbaya tökün və yağlı kağız üzərinə şəkildə göstərdiyi kimi sıxın. Çalışın xəttləri çox nazik etməyin, bu halda onlar kövrək olacaq. Daha sonra şokoladı bərkiməsi üçün kənara qoyun. Bərkiyən şokoladı perqament kağızla birlikdə tortun ətrafına çevirin və yüngülcə basın. Şokoladın tamamilə bərkiməsi üçün tortu soyuducuya yerləşdirin. Kağızı ehtiyyatla çıxarın və gözəl “hasarlı”tortdan zövq alın.
Nuş olsun!
Mənbə: recept.az