Ev şəraitində sosiskanın hazırlanma qaydası

Ev şəraitində sosiskanın hazırlanma qaydası

Tərkibi:
500 qr toyuq filesi
1 ədəd yumurta
50 qr kərə yağı
100 ml süd
duz
2 çimdik istiot
0,5 çay qaşığı pul bibər
0,5 çay qaşığı keşniş toxumu

Hazırlanma qaydası:İlk öncə toyuq ətini yaxşıca yuyun. ev şəraitində sosiskanın hazırlanmasıƏti ətçəkən maşınından keçirin və ya blenderlə xırdalayın. Kərə yağı əlavə edib qarışdırmağa davam edin.Yumurta, pul bibər,duz, istiot,keşniş toxumu və süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üstünə streç salafan sərin və 2 xörək qaşığı farş qoyub salafanı konfet kimi bükün. Hava qalmaması çalışın sosiskaları sıx bükün. Kənarları sapla bağlayın.Sosiskaları soyuq su dolu qazana əlavə edin 20 dəqiqə zəif odda qaynadın. Hazır sosiskaları 1 çay qaşığı kərə yağı və yaxud bitki yağında qızardın.Sosiskaları isti halda arzu etdiyiniz souslarla birgə süfrəyə verə bilərsiniz.

Mənbə:recept.az
Top