Ərzaqlar (4-6 nəfərlik) :
0,5 stəkan (75gr) fındıq
6 yemək qaşığı (75gr) toz şəkər
2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
Hazırlanması:
1. Fındıqları sobada qovurun.
2. Sonra sobadan çıxardıb soyumağa buraxın.
3. Təmiz bir mətbəx dəsmalının arasına qoyub, dəsmalı sürtərək fındıqların qabıqlarını çıxardın.
4. 2 yemək qaşığı şəkərlə birlikdə çox incə olaraq ət maşınında çəkin.
Dondurma qarışığını hazırlamaq üçün:
1. Südü və vanili kiçik bir qazanda isdilədin.
2. Südün üzərində qabarcıqlar meydana gəlincə, oddan alın.
3. Bir tel çırpıcı və ya da mikserlə yumurta sarılarını çalın.
4. Qalan şəkəridə az-az əlavə edərək, qarışıq mat sarı rənginə dönənə qədər( təxminən 10-15 dəq) çalmağa davam edin.
5. Qarışdırmağa davam edərək, südü süzgəcdən keçirdikdən sonra çox yavaş bir şəkildə əlavə edin.
6. Qarışığı, içində su olan qazanın üzərinə oturdulmuş bir kasanın içinə qoyun.
7. Döyülmüş fındıqları əlavə edib vam odda qarışdırın.
8. Kasanın altındakı su qaynadığında, krem də konsistensiyasını tapıb qarışdırdığınız qaşığın arxasına yapışdığında (təxminən 20-25 dəq) oddan götürüb soyumağa qoyun.
9. Dondurma qablarına töküb buzluqda gözlədin.
10. Buzluğa qoyduqdan sonra təxminən 3 dəfə saat başı çəngəllə və ya mikserlə hamar olana qədər çırpın və səhəri gün nuş canla yeyin.
Nuş Olsun!
Mənbə: dushunce.az