Tərkibi:
3 stəkan yulaf,
2 ədəd yetişmiş banan,
1 stəkan süd,
5 yemək qaşığı bəkməz,
5 yemək qaşığı kakao,
1 stəkan qoz içi,
Hazırlanması:
Tortunuzun daha dadlı olmasını istəyirsinizsə bəkməzin miqdarını artıra bilərsiniz və yaxud da keçi buynuzu tozu istifadə edə bilərsiniz.
Qoz yerinə fındıq ləpəsi də işlədə bilərsiniz.
Südü çox isti olmayacaq şəkildə qızdırın və yulafla qarışdırın.
Bananları əzərək ya da blenderdən keçirərək süd-yulaf qarışımına əlavə edin.
Bəkməz və ya kakaonu qarışığa əlavə edərək homojen bir hala gəlincəyə qədər qarışdırın.
Qoz ləpəsini də əlavə edin.
Qarışımı yağlı kağızın üzərinə tökərək piramida şəkli verin və dondurucuya qoyaraq bir neçə saat gözlədin.
Tortunuz donduğunda dilimləyərək kakao ya da Hindistan cəvizinə bulayaraq servisə hazırlayın.
Mozaik tortu bir dondurma ilə birlikdə servis edin.
Mənbə: dadli.az