Artıq mürəbbə mövsümü başlayıb. Ev xanımları indi bir çox meyvə və giləmeyvələrdən mürəbbələr bişirir, kompotlar hazırlayırlar. Hətta işləyən xanımlar da istirahət günləri evdə olduqlarından istifadə edib imkan düşdükcə qış tədarükü görərək sevdikləri mürəbbələrdən hazırlayırlar. Bu sadə işdir. Amma meyvələrin və mürəbbə bişiriləcək qabların seçilməsində son dərəcə diqqətli olmaq tələb olunur. Əks halda əziyyətiniz hədər gedə bilər.
Ən əvvəl mürəbbə bişirmək düzgün tas seçmək lazımdır. Bunun üçün taxta qulpları olan mis tas ən yaxşısıdır. Mis olmadıqda isə alüminium və ya emallı tasdan da istifadə etmək olar. Amma bu halda mürəbbənin yanma ehtimalı da yüksək olur. Belə olan halda teflon örtüklü tasdan istifadə etmək olar. Tasın diametri 30-40 sm, hündürlüyü isə 10 sm olmalıdır.
İşlətməzdən əvvəl qabı yaxşıca yumaq lazımdır. Bunu çay sodası və ya qabyuyan maye vasitə ilə etmək olar. Mürəbbə qaynayanda əmələ gələn köpüyü taxta qaşıqla götürün. Köpük taxta qaşığı mürəbbənin içində hərəkət etdirərkən asanlıqla ona yapışacaq. Həmin köpüyü yığaraq çayla içmək və ya kompota əlavə etmək də olar. Bişirilmə posesində əmələ gələn köpüyü mütləq yığmaq lazımdır. Əks halda mürəbbə qıcqıra bilər.
Mürəbbə yığılacaq banka mütləq şüşədən olmalıdır. Mürəbbənin qıcqırmaması üçün onları yaxşıca yumaq və qurulamaq kifayətdir.
Bankanın ağzını bağlayacağınız qapaqları qaynadın və qurudun.
Mənbə: dadli.az