Azərbaycanımızın bir birindən dadlı və faydalı şərbətləri vardır. Bunlardan biri də ovşala şərbətidir. Xatırladım ki, ovşala şərbəti Azərbaycanın dilbər guşələrindən biri olan Şəki mətbəxinə aiddir. Əgər qanuni qaydası ilə hazırlanılsa çox faydalı bir şərbətdir. Şərbət ürəyi rahiyyələndirir, yəni ürək zəifliyi olanlar üçün faydalıdır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər yağlı yemək yeyəcəksinizsə üstündən ovşala şərbətini içilməsi yeməyin rahat həzm olunmasına səbəb olur.
Hazırlanması:Təxminən 100 qram qurudulmuş ətirli qızılgül ləçəklərini 3 stəkan qaynar suya qarışdırıb hamısını birlikdə termosa tökün (və ya 20 dəq vam odda qaynadın), termosda 12 saat qaldıqdan sonra süzüb üstünə zövqə görə şəkər tozu (təxminən 1 stəkan) və ya ilıq vəziyyətdə olanda bal qarışdıra bilərsiniz. Sonra üstünə 100 qram boymadərən ərağı (xatırladım ki, bu bildiyimiz araq deyil, boymadərən bitkisi dəmlənilir, sonra qaynadılır, buxarı soyuq suda kondensasiya edilərək toplanılır, əgər boymadərən ərağını hazırlaya bilməsəniz, bizim fitoklublarda hazırı var.) qarışdırıb, sonra üstünə 2-3 ədəd limon şirəsi sıxılıb soyuducuya qoyursunuz, soyuduqdan sonra içə bilərsiniz
Müəllif: Fizuli Hüseynov