Pomidor sarımsaq əzməsi

Pomidor sarımsaq əzməsi

Lazım olanlar:
  • Pomidor 1 kq
  • Sarımsaq bir baş (diş yox)
  • Qırmızı bibər 3 ədəd.
 Hazırlanması: Pomidor sarımsaq əzməsiDeməli saydığım ərzaqların qabığını soyun, ət maşınından keçirib şüşə bankalara doldurub, ağzını kip bağlayıb soyuducuya qoyunXatırladım ki, çox dadlıdır demək olar bütün yeməklərin yanında yeyilə bilir və olduqca faydalıdır.Salat qan dövranını tənzimləyir, damarların mənfəzini genişləndirir, ürək xəstəliyindən əziyyət çəkənlər üçün faydalıdır.Öd istehsalını artırır bununla da öd durğunluğunu, ağız acılığını aradan qaldırır.Xərçəngdən qorunmaq üçün faydalı bir qida vasitəsidir, çünki tərkibindəki likopen adlı maddə xərçəng əleyhinə çox güclü antioksidantdır.

Müəllif: Fizuli Hüseynov
Top