Ərzaqlar- 4 ədəd kartof (təxminən 600 qram)
- 1 ədəd yerkökü
- 2 ədəd yumurta
- yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
- 1 stəkan qatıq
- 1 stəkan un 1 çay qaşığı qabartma tozu
- yarım stəkan doğranmış keşniş-şüyüd qarışığı (istəyə görə keşnişi cəfəri ilə əvəz etmək olar)
- 1 çay qaşığı duz
- zövqə görə istiot
Hazırlanması Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun.
Sobanı 190Cdək qızdırın. Ölçüləri 23 X 13 X 8 santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun.
İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə döğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın.
Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir.
Nuş Olsun!
Mənbə: azcookbook.com