Suşinin əsas hazırlanma inqrediyentləri – qaynadılmış düyü, dəniz yosunları (nori) və müxtəlif növ balıqlardır (qızılbalıq, tuna, ilanbalıq). Bəzi reseptlərdə meyvə, tərəvəz, kürü və yapon pendirindən istifadə olunur. Suşinin əsas ədviyyatları soya sousu, vasabi (yapon qıtığotu) və duzlanmış zəncəfildir.
Suşinin zərəri
Suşi ilə qidalanmanın əsas zərəri çiy balıqdır. Beləki, çiy balıqda qurdlar olur və bu qurdlar insan orqanizminə düşdükdən sonra çoxalma üçün “əlverişli mühit” əldə edir.
Suşinin orqanizmə ikinci dərəcli zərəri – daimi çiy balıqla qidalanmanın qaraciyərin funksional
pozğunluğuna səbəb olmasıdır. Klassik suşilər hazırlanarkən heç bir termik təsirə məruz qalmır. Termik işlənməyə məruz qalmayan dəniz məhsullarından insan asanlıqla parazitlərə (qurdlara) yoluxur. Parazitlərin məhvi yalnız peşakar termik emal və ya məhsulun dondurulması ilə mümkündür.
Suşinin əsas ədviyyatı soya sousu hesab olunur. Sousun tərkibində böyük miqdarda qatılaşdırılmış duz mövcuddur. Buna görə də sousun artıq qəbulu problemlərə yol aça bilər. Bədəndə yğışan artıq duz kütlələri suyun bədəndən ixrac olmasına mane olur (bu isə öz növbəsində şişkinliklərə gətirib çıxarır), həmçinin duzların oynaqlarda yığışması kimi mənfi xüsusiyyəti mövcuddur. Soya sousunun 1-2 çay qaşığı olan məhlulunda 1-1.5 qr duz olur. Bədənin duza olan gündəlik tələbatı isə 4-6 qramı keçməməlidir.
Okean və dəniz yosunları (nori) suşinin zərərini bir neçə dəfə artırır. Beləki, yosunların tərkibində böyük miqdarda yod var. Necəki, bədəndə yod çatışmazlığı xəstəliklərə səbəb olur, elə yod artıqlığı da ciddi problemlərə yol açır. Bir rolun tərkibində olan yodun miqdarı təxmini olaraq 92mkq miqdarında ölçülür. Hansı ki, orqanizmin yoda olan tələbi 150 mkq ötməməlidir.
Suşinin faydası
Suşinin tərkibini təşkil edən indeqreyentlər özündə böyük miqdarda vitamin kompleksi, mikroelementlər, zülal, omeqa-3 yağları birləşdirir. Bu elementlər orqanizm tərəfindən asanlıqla mənimsənilir və orqanların funksionallığını tənzimləyir. Suşi ilə qəbulu məşhur olan vasabinin isə antiseptik təsiri var.
Mənbə: bildirchin.az