Tərkibi:
2 kq alça
SuSarımsaq
Göyərti (keşniş, şüyüd, cəfəri)
Qurudulmuş ədviyyatlar (keşniş, qırmızı toz bibər, nanə və s)
Qurudulmuş şüyüd qotazı
Şəkər tozu
Duz
Hazırlanması:
Əvvəlcə alçalar təmiz yuyulur. Alçanı dərin qaba yığıb üzərinə su əlavə edib, odun üzərinə yumuşalana
qədər qoyulur.
Qapağı bağlı şəkildə 15-20 dəqiqə ərzində saxlanılır.
Alçanın suyu çəkilənə yaxın odun üzərindən götürüb, aşsüzənə əlavə edilir.
Aşsüzəndən keçirilir, tumu qabıqlarından ayrılır.
Üyüdülmüş püreyə şüyüd və nanə ovularaq əlavə edilir.
Duz və şəkər tozu da əlavə edilir. Aşağı istilik dərəcəsində bişməyə qoyulur və ədviyyatlar qatılır.
Göyərti və sarımsaq doğranılaraq blendirdən keçirilir və alça püresinə əlavə edilərək qarışdırılır.
Tam hazır olana qədər bişirilib, sterilizə edilmiş bankalara yığılır.
Nuş olsun!
Mənbə : qadinla.com