ÇOX DADLI Qiyməli Börək Resepti

ÇOX DADLI Qiyməli Börək Resepti

Bildiyimiz kimi börək türk mətbəxinə qaid olan təam növüdür.Lakin, bu dadlı yemək biz azərbaycanlılar tərəfindən də kifayət qədər çox bişirilir və sevilir.Börəyin növləri və hazırlanma qaydası olduqca çoxdur və müxtəlifdir.

Məlumatımızda qiyməli börəyin hazırlanma qaydasını sizlərlə paylaşacağıq 

Lazım olan məhsullar :

qiyməli börək

Lavas — 10 ədəd

Qiymə — 400 qr.

Soğan — 1 baş

Duz, istiot

Duru yağ


Sous üçün:

Qatıq və ya süd — 1 st

Yumurta  — 3 ədəd

Duru yağ -  3 — 4xörək qaşığı 

Hazırlanma qaydası : 

Adi qaydada ət qiyməsini hazırlayın.Belə ki, tavaya yağ əlavə edib qiyməni tavaya töküb bir qədər bişirin.Sonra soğanı doğrayıb ətə əlavə edin.Qiymə hazır olduqdan sonra duz istiot əlavə edib kənara qoyun.Sonra isə lavaşlırların arasına və sonda üzərinə əlavə etmək üçün  sous hazırlamaq lazımdır. Qatıq ( süd), yumurta, duru yağ və bir az duz əlavə edib yaxşıca qarışdırın. Soba listini götürün və dibini bitki yağı ilə yağlayın. Lavaşlardan birini götürün, üzərinə hazırlanan sousdan hər tərəfinə çəkin.Sonra lavaşın ən ortasına  qiymə qoyub  uzunsov formada bükün.Bütün lavaşları bu qaydada hazırlayıb dairəvi formada bir- birinin arxasıyca düzü.Sonda isə qalan sousdan üzərinə çəkin və əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya göndərin. Üstü qızaranadək bişirin.
Nuş olsun!

Mənbə : aile.fenomen.az
Top