Tərkibi :
Nar (zövqə görə şəkər tozu da əlavə etmək olar).
Hazırlanma qaydası:
Narları kəsib dənələyir, sıxıb şirəsini çıxarırıq. Şirəni ocağa qoyub qaynar olana qədər isidirik.
Əgər narlar turş olarsa, zövqə görə şəkər tozu əlavə etmək olar. Şirə qaynama dərəcəsinə çatdıqda ocağı zəiflədib, 5 dəqiqə zəif odda saxlayırıq. Ocaqdan götürüb sterilizə olunmuş butulkalara tökürük və qapağını möhkəm bağlayırıq. Ədyal üstünə qoyub soyuyana qədər gözləyirik. Soyuduqdan sonra sərin yerdə saxlayırıq.
Nuş olsun!
Mənbə : leydi.az