Közlənmiş badımcan konservi

Közlənmiş badımcan konservi

           Lazım olan ərzaqlar:

           3 kq badımcan,
           1 stəkan sirkə,
           Zeytun yağı,
           2 baş sarımsaq,
           Duz


badımcan konservi

       Közlənmiş badımcan konservi hazırlanması : 

  • Badımcanları təmiz yuyub qurudun.
  • Bir neçə yerindən bıçaqla dələrək ocaqda, yhaxud  da atəş üzərində közləyin.
  • İri olan badımcanları ikiyə bölərək iç hissələrinə zeytun yağı sürtərək  kəsik hissəsini bir fırın sinisinə yığın.
  • Qabıqlı hissəsi üstə qalacaqdır.
  • Kəsdiyin iz badımcanları bir neçə yerindən deşin  və közlənməyə qoyun.
  • Közlənən badımcanları bir  torbaya yığıb ağzını qapadın.
  • Buğlanaraq torbanı tərlədən badımcanlar bir az soyuduqdan sonra qabıqlarını soyun.
  •  Bu metod badımcanların rahat soyulmasını təmin edəcəkdir.
  • Əgər badımcanları soyuducuda saxlamaq istərsinizsə yeməklik ayıraraq torbalara yığın və soyuducuda donmağa qoyun.
  • Çalışın torbaya hava keçməsin.
  • Dərin bir qaba aldığınız badımcanlarınızın üzərinə bir stəkan  zeytun  yağı və arzuya görə bir stəkan  sirkə əlavə edin.
  • Arzu edənlər iri diş doğranmış sarımsaq da əlavə edə bilələr.
  • Badımcanları çox əzmədən qarışdırın.
  • Badımcanları bankalara yığın .
  • Bankanın içərisində olan badımcanların arasındakı havanı yavaşcadan bir qaşıq yardımı ilə çıxardın.
  •  Bunu  etməzsiniz konserviniz tez bir zamanda zay ola bilər.
  • Bankaların boğumuna qədər doldurduğunuz badımcanların üzərini bir barmaq keçənə qədər zeytun yağı əlavə edin.
  • Qapağını möhkəm bağlayın.
  • Dərin bir qazanın  içərisinə su tökün və  alt hissəsinə bir bez qoyub, bankaları ora  yerləşdirin.
  • Bundan sonra bankaları qaynamağa qoyun.
  • Kapakların tutması üçün ən az 15-20 dəqiqə  qaynar suda qaynadın.
  • Sonra bankaları çıxardaraq ağzını bağlayaraq tərs çevirin  və soyuyana qədər gözləyin.
  • Sərin və quru bir yerdə saxlayın.

        Mənbə : 1001dad.com
Top