Tərkibi:
- 2 limon
- 2 yemək qaşığı un
- Yarım çay qaşığı düyü
- 2 stəkan su
- Cəfəri,nanə
- Yarım çay qaşığı zəncəfil
- Bir çimdik duz, eyni miqdarda adi cirə
Hazırlanması:
Limonların suyunu sıxın, qabıqlarını rəndələyin. Zeytun yağı, su və unu qazana töküb yaxşı-yaxşı qarışdırın.
Orta odda qaynayana kimi saxlayın. Qaynadıqdan sonra yumurta çırpanla qarışdırın. İçinə limon qabıqlarını və digər ədviyyatları əlavə edin.
Şorbadan bir çömçə kənara götürün, qazandakı qarışığa limon suyunu əlavə edib, qarışdırmağa davam edin. Şorba qatı olubsa isti su əlavə edib bir az durulda bilərsiniz. Daha sonra dorğanmış cəfərini əlavə edin. Limon qabıqları tam bişdisə, deməli şorbanız da hazırdır.
Qeyd: limon suyunu sıxandan sonra limonun iç tərəfindəki ağ təbəqəni görəcəksiniz. Limon qabığının sarı hissəsində xüsusi aroma yerləşir. Qabığın iç tərəfindəki ağ liflərdə isə acı təhər tam olur. Əgər dorğamadan əvvəl ağ hissəsini təmizləyib, yalnız sarı hissəni rəndələsəniz, şorbanız acı tam verməz.