Yuxuda qulaqların aktiv olması

Yuxuda qulaqların aktiv olması

"Biz onları mağarada illərlə qulaqlarına vurduq" (yuxuya verdik) ("Kəhf" surəsi, 18/11).

Yuxarıdakı ayədə qeyd edilən "qulaqlarına vurduq" ifadəsinin ərəb dilindəki əsli "darabə" felidir. Ərəb dilində bu fel məcazi mənada "onları yuxuya verdik" mənasına gəlir. Bundan əlavə "darabə" kəlməsi qulaqla birlikdə işlədiləndə "qulağın eşitməsinin əngəllənməsi" mənasına da gəlir. Ayədə yuxu ilə əlaqəli ancaq eşitmə hissinə diqqət edilməsi isə özündə əslində çox mühüm bir məlumatı ehtiva edir.

Alimlərin kəşfinə görə, qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur. Allahın "Kəhf əhli" ilə əlaqəli olaraq işlətdiyi "qulaqlarına vurduq" ifadəsinin hikmətinin də bəhs edilən gənclərin eşitmə orqanlarının bağlı olmasına və buna görə də uzun illər yuxudan ayılmadan yatdıqlarına işarə olması ehtimal edilir.

Top