Üzüm mürəbbəsi

Üzüm mürəbbəsi

Lazım olanlar:
Ağ üzüm — 1 kq 
Şəkər tozu — 1 kq
Su — 2 stəkan 
Limon turşusu — 1/2 ç.q.

Hazırlanması:
Üzümü yaxşı yuyun, süzgəcə yığın. Meyvələri salxımdan ehtiyatla qırın. Sirop bişirin. Suyu qaynadın, şəkər tozunu əlavə edin, 10-15 dəqiqə vam odda qaynadın və soyudun.

Meyvələri siropun içinə tökün, orta odda hazır olana qədər bişirin. Hazır olana yaxın limon turşusunu əlavə edin. Nuş olsun!
Top