Ərzaqlar:
Qarpız — 350 qr
Brınza pendiri — 200 qr
Qırmızı soğan -1 ədəd
Zeytun tumsuz — 100 qr
Limon -1 dəd
Reyhan — 5-6 yarpaq
Zeytun yağı — 20 ml.
Hazırlanması:
Əvvəlcə soğan marinadlaşdırılıb, acısı çıxarılır. Soğan nazik halqavari doğranılır, bir limonun suyunda qarışdırılıb, 40 dəqiqə kənarda saxlanılır. Sərin qarpız kub formasında bir qədər orta ölçüdə doğranılır, tumları çıxarılır.
Salatqabına qarpız, orta kub doğranmış brınza, zeytun qoyulur. Üzərindən soğan və reyhan yarpaqları səpilir. Salata soğanı marinadlaşdırdığınız limonun suyu və bir qədər zeytun yağı gəzdirilir. Dərhal da yeyilir.