Kimçi

Kimçi

Tərkibi:
1 iri xiyar
1 yerkökü
0,5 baş soğan
göyərti

Sous: 
4 diş sarımsaq
0,5 st. acı istiot tozu
4 x.q. balıq sousu (Vuster)
1 x.q. şəkər tozu
1/4 st.+1 x.q. su
2 x.q. düyü sirkəsi
1 ç.q. duz
1 ç.q. küncüt yağı
1 ç.q. küncüt.

Hazırlanması:
Xiyarı ortadan bölün, sonra uzunasına 4 (6) yerə doğrayın. Yerkökünü nazik uzun doğrayın. Soğanı nazik yarımhalqa, göyərtini xırda doğrayın. Tərəvəzləri iri, hermetik bağlanan qaba yığın. Sous üçün bütün ərzağı qarışdırın. Qabdakı tərəvəzin üstünə töküb yaxşıca qarışdırın. Süfrəyə dərhal və ya ağzı kip bağlı qabda 2 saat saxladıqdan sonra verə bilərsiniz. Nuş olsun!
Top