Tərkibi:
4 stəkan su
5 qərənfil
1 stəkan şəkər tozu
1 darçın çubuğu
250 q qırmızı alça.
Hazırlanması:
Suyu bir qazana qoyub qaydadın.
Qaynayana yaxın şəkəri, qərənfili və darçını əlavə edin.
Şəkər əriyəndə yaxşıca doğradığınız alçaları əlavə edin.
Qapağını bağlayıb ocağı söndürün.
Soyuyana qədər qapağını açmayın.
Bu müddətdə alçalar öz-özünə bişəcək.
Soyuduqdan sonra incə bir süzgəcdən keçirib şüşə qaba töküb servis edə bilərsiniz.
Nuş olsun!