Ərzaqlar:
4 kartof
1 soğan
1 çay qaşığı un
2 xörək qaşığı duru yağ
3 stəkan su
1 stəkan süd
Duz, istiot
Kərə yağı.
Hazırlanması:
Kartof və soğanı soyub xırda-xırda doğrayın. Duru yağda 5 dəqiqə qovurun. Duz, istiot və un əlavə edin. Südünü və suyunu tavaya əlavə edib qaynayana qədər qarışdırın. Qaynadıqdan sonra şorbanı aşağı odda bir qədər də bişirin. Sonda blenderlə əzib üstünə kərə yağı ilə istiot əlavə edin. Nuş olsun!