Sobada badımcan

Sobada badımcan

Ərzaqlar:
3 badımcan (500 qr)
300 qr farş
3 pomidor
2 soğan
3 diş sarımsaq
100 qr holland pendiri
bitki yağı, duz, istiot

Hazırlanması:
1. Badımcanları uzununa 2 hissəyə bölün, içini oyun, duz vurun, 30 dəqiqə saxlayın, sonra soyuq suda yuyun.
2. Badımcan "ətini" soyuq duzlu suda 30 dəqiqə saxlayın, sıxın, xırda doğrayın.
3. Soğanı və sarımsağı xırda doğrayın.
4. Pomidorları soyun, xırda doğrayın.
5. Soğanı və sarımsağı bitki yağında qızardın, farş əlavə edin, 10 dəqiqə qızardın.
6. Doğranmış badımcan əlavə edin, 5 dəqiqə qızardın.
7. Pomidor əlavə edin, duz, istiot vurun, 5-7 dəqiqə qızardın.
8. Badımcanı farşla doldurun, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
9. Sobanı 180 C qədər qızdırın, badımcanı 30-35 dəqiqə bişirin. Nuş olsun!
Top