Gül kələmi küküsü

Gül kələmi küküsü

Tərkibi:
750 qram gül kələm
3 yarpaq yaşıl soğan
Yarım dəstə cəfəri
3 ədəd yumurta
4 xörək qaşığı un
1 çay qaşığı duz
Qara istiot
Duz

Sousu üçün:
4 xörək qaşığı qatıq və ya süzmə
1 diş sarımsaq
Təzə nanə.

Hazırlanması:
Gül kələmi suda bişirin və soyuduqdan sonra əzin. Soğan və cəfərini xırda-xırda doğrayın. Daha sonra bütün məhsulları (sous üçün lazım olan məhsullar istisnadır) qarışdırın.

Soba qabına yağlı kağız sərin. Gül kələmindən hazırladığınız qarışığı qarışdıraraq hər dəfə 1 xörək qaşığı götürüb qaba yerləşdirin.

180 dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin. Kükünü sarımsaq, nanə və qatıqdan əldə etdiyiniz sousla birlikdə süfrəyə verin. Nuş olsun!
Top