Tərkibi:
– 3 dəstə ispanaq
– 2 böyük kartof
– 1 ədəd soğan
– 0.5 litr su
– 200 ml qaymaq
– bitki yağı
– duz, istiot.
Hazırlanması:
Soğanın qabıqlarını soyub, xırda doğrayıb bitki yağında qızardırıq. Kartofları kub şəkildə doğrayaraq, qaynar suda yumşalana qədər bişiririk.
Kartof yumşalana yaxın ispanaqları həmin qazana əlavə edib üzərinə duz, istiot səpərək 3-4 dəqiqə bir yerdə bişiririk.
Daha sonra şorbanı blenderdə xırdalayıb üzərinə qaymaq əlavə edib qarışdırırıq. Şorba hazırdır. Nuş olsun!