Ağır şirniyyatlardan və ya kremli un məmulatlarından uzaq gəzirsiniz? O zaman ailənizlə paylaşacağınız süfrənizi qaynanmış vanilli armud deserti ilə sevindirin.
Əmin olun ki, xarici görünüşcə sadə olsa da, bu şərbətli sağlam desert qonaqlarınıza xüsusi damaq ləzzətini unutdurmayacaq. Kartof və ətdən hazırlanmış yeməklərdən, karbohidratlardan sonra həzmə xidmət edən desert lap yerinə düşəcək.
Qaynadılmış armud həzmi asanlaşdırır və eləcə də, menyunuzu daha da keyfli etməyi bacarır. Odur ki, armudu soyuducularınızdan əksik etməyin.
Çox qısa zamanda desertlər arasında favoritinizə çevriləcək bu təam qısa zamanda asanlıqla hazır olması ilə də sevilir.
Hazırladı: Meriban Ağayeva