Düyü sıyığı ən faydalı sıyıqlardan biridir. Düyünün nadir faydalı xüsusiyyəti ondan ibarətdir ki, düyü çox gözəl absorbentdir. Düyü orqanizmdə olan ziyanlı maddələri (şlaklar, toksinlər, ağır metalların düzları və s.) özünə hopdurur və orqanizmdən çıxardır.
Düyü müxtəlif vitaminlər (B qrupu, E, PP), mikroelementlər (fosfor, kalsium, kalium, maqnezium, sink, dəmir, selen), zülallar, mürəkkəb karbohidratlarla zəngindir. Düyü ürək-damar sistemi, böyrəklər, oynaqlar üçün xeyirlidir. Kalsiumla zəngin olan düyü sıyığı uşaqlar üçün də çox faydalıdır.
İshal zamanı suda bişirilmiş düyü sıyığı çox yaxşı müalicəvi təsir edir. Belə sıyıq həm də bağırsaqları orada yığılan ziyanlı maddələrdən yaxşı təmizləyir. Düyü sıyığı dietik qida sayılır. Bu səbəbdən arıqlamaq istəyən insanlar bu sıyığı öz qidalanmasına əlavə edə bilərlər. Təbii ki, bu halda sıyığa səkər tozu və kərə yağı çox az miqdarda əlavə olunmalıdır.
Lakin nəzərinizə çatdıraq ki, bütün bu faydalı xüsusiyyətlər yalnız təmizlənməmiş ağ düyü sortuna aiddir (biz bu düyünü «yumru düyü» kimi tanıyırıq). Qəhvəyi düyü də həmçinin çox faydalıdır. Uzun düyünün («aş düyüsü») faydalı xüsusiyyətləri daha azdır. Bundan əlavə uzun düyünün qəbulu bəzi xəstəlikləri və pozulmaları olan insanlara tövsiyə edilmir.
Dadlı düyü sıyığı bişirmək istəyirsinizsə, divarları qalın qazandan (çuğundan və ya poladdan olan) istifadə edin.
Lazım olan məhsullar:
— düyü — 1 stəkan,
— su — 1/2 l,
— süd — 1/2 l,
— kərə yağı — 50 qr,
— duz,
— şəkər tozu — zövqə görə,
— darçın — 1 çimdik,
— üzüm — hər boşqab üçün 1 xörək qaşığı.
Hazırlanması:
1. Düyünü bir neçə dəfə yaxşı yuyun, 30 dəqiqə ərzində suda isladın və sonra yenə yaxşı yuyun.
2. Qazana 1 l soyuq su doldurun və suya düyü tökün.
3. Su qaynadıqdan sonra sıyığa duz əlavə edin, qazanın qapağını kip örtün və vam odda bişirin.
4. Su tam buxarlandıqdan sonra qazana isti süd əlavə edin və düyü tam hazır olana kimi bişirin.
5. Sıyıq hazır olana 1-2 dəqiqə qalmış şəkər tozu, kərə yağı və darçın əlavə edin və yaxşı qarışdırın.
6. Əvvəlcədən qaynar suda 30 dəqiqə ərzində isladılmış üzümü sudan çıxarın (suyu içə bilərsiniz), sıxın və hər boşqaba 1 xörək qaşığı olmaqla əlavə edin və qarışdırın. Nuş olsun!
evdarliq.az