Xəmir üçün lazım olan ərzaqlar:
– 180 q kərə yağı
– 280 q un
– 3 x.q. şəkər
– duz
– 3-4 x.q. buzlu su.
İçlik üçün lazım olan ərzaqlar:
– 2-3 ədəd alma
– 3 x.q. şəkər.
Üstü üçün lazım olan ərzaqlar:
– 20 q kərə yağı (əridilmiş)
– 10 q şəkər.
Hazırlanması:
Unu ələkdən keçirib üzərinə duz və şəkəri əlavə edirik. Kərə yağını doğrayıb una qatırıq və üzərinə buzlu su əlavə edərək xəmiri yoğururuq. Üstünü qalın parça ilə örtüb 30 dəqiqə buz dolabında saxlayırıq. Vaxt tamam olduqdan sonra xəmiri soyuducudan çıxarıb iki perqament kağız arasında 3-4 mm incəliyində yayırıq.
Almaları yarıya bölərək içini təmizləyib dilimlərə bölürük. Alma dilimlərini xəmirin üstünə kənardan başlayaraq 3-4 sm aralıqla düzərək qıraqlarını bükürük və əridilmiş kərə yağını kənarlarına çəkirik. Yağlanan hissələrə şəkər tozu səpirik. Öncədən qızdırılmış sobada 210 C-də 30-35 dəq bişiririk.
Şirniyyatınız hazır olduqdan dərhal sonra deyil, bir qədər soyumasını gözlədikdən sonra süfrəyə verilməyə hazırdır. Ləzzətli isti çay dəmləyib əzizlərinizə Avropa mətbəxinin dadını bir anlıq yaşadın. Nuş olsun!