Ağızda əriyən qoyun əti

Ağızda əriyən qoyun əti

Ərzaqlar:
— 1 kq sümüksüz qoyun əti
— 3 kivi
— 1 dəstə nanə
— yarım limonun şirəsi
— duz, istiot.

Hazırlanması:
Nanəni və kivini blenderdə xırdalayın, limon şirəsi, duz və istiot əlavə edin, qarışdırın. Ət üçün marinad hazırdır. Marinada əti qoyun, soyuquducuda 2 saat saxlayın. Sonra soyuducudan çıxardın, tavaya düzün.

Sobanı qabaqcadan 180 C qədər qızdırın, əti 40-50 dəq. bişirin. Ətin üstü yanmağa başlasa, tavanı folqa ilə örtün. Əti masaya düyü, püre, tərəvəzlərlə verə bilərsiniz. Nuş olsun!

evdarliq.az
Top