Armud cemi

Armud cemi

Ərzaqlar:
4 kq armud
2 kq şəkər tozu
1 ç.q. darçın
1 ç.q. limon turşusu.

Hazırlanması:
Meyvələri yuyuruq, təmizləyirik, xırda tikələrə doğrayırıq, üzərinə şəkər tozu tökürük, qarışdırırıq. Kütləni blenderlə əzirik. Kütləni enli ləyənə tökürük, odun üzərinə qoyuruq.

Qaynamağa başlayanda darçın və limon turşusunu əlavə edirik, qarışdırırıq. Cemi vam odda 40 dəqiqə ərzində bişiririk. Hazır cemi isti halda bankalara doldururuq, qapaqlarla bağlayırıq. Nuş olsun!
Top