Tərkib:
1 kq qarğıdalı
6 x.q. şəkər tozu
2 x.q. duz
1,5 l su.
Hazırlanması:
İti bıçaqla qarğıdalı dənələrini kəsirik. Dənələrin üzərinə çıxana qədər soyuq su tökürük, güclü odda qaynara düşənə qədər qızdırırıq.
Sonra vam odda 1 saat ərzində bişiririk. Üzərinə çıxan köpüyü kəfgirlə yığırıq. Suyu süzürük və saxlayırıq. Dənələri steril yarım-litrlik bankalara yığırıq (yuxarıda yer saxlayırıq).
Süzülmüş suya duz və şəkər tozu tökürük, qaynara düşənə qədər çatdırırıq, bankalara tökürük. Bankaların üzərinə qapaqlar qoyuruq, 1 saat ərzində qazanda suda sterilizə edirik. Bankaları kip bağlayırıq, sərin yerdə saxlayırıq. Nuş olsun!