Tərkibi:
300 qr makaron
200 qr. holland pendiri
3 iri pomidor
duz, istiot
bitki yağı.
Hazırlanması:
Makaron hazır olana qədər bişirilir, suyu süzün. Pomidorların qabıqlarını soyun, xırda doğrayın, bitki yağında qızardın.
Pendiri sürtgəcdən keçirin. Pomidorlara makaron və pendir əlavə edin, yaxşı qarışdırın, 3-4 dəqiqə bişirin. Nuş olsun!