Göbələk supu

Göbələk supu

Ərzaqlar:
400 qr şampinyon göbələyi
3-4 orta ölçüdə kartof
1 soğan
1 bolqar bibəri
1 kök
2 diş sarımsaq
göyərti (zövqə görə)
zeytun və kərə yağı (qızartmaq üçün)
duz, istiot, dəfnə yarpağı.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, doğrayın. Soğanı zeytun yağı ilə kərə yağının qarışığında qızılı rəng alana qədər qızardın, kök, bolqar bibəri əlavə edin, yumşalana qədər qızardın. Tavaya sarımsaq sıxın, 1-2 dəqiqə qızardın, tavanı oddan götürün.

Qazana 2 l su (və ya bulyon) tökün, qaynadın. Suya kub şəklində doğranmış kartof və göbələyi tökün, yumşalana qədər bişirin. Duz, istiot, dəfnə yarpağını əlavə edin. Qazana qızardılmış tərəvəzləri (soqan, kok və s.) əlavə edin, qarışdırın, hazır olana qədər bişirin. Sup hazır olanda dəfnə yarpağını çıxardın.

Masaya verəndə üzərinə doğranmış göyərti tökün. Supu blenderdə əzmək olar. Nuş olsun!
Top