Ərzaqlar:
150 qr şəkər tozu
250 qr kokos
250 qr yağlı qaymaq
1 paket vanil
paket qabartma tozu
3 yumurta.
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
Kokos əlavə edin, qarışdırın.
Qaymaq və vanilin əlavə edin, qarışdırın, soyuduca 20 dəqiqə saxlayın ki, kokos şişsin.
Sobanı 170 C qədər qızdırın.
Xəmiri soyuducudan çıxardın, qabartma tozunu əlavə edin, qarışdırın, formaya kağız sərin, xəmir qoyun, təxminən 30-40 dəqiqə bişirin.
Piroqu soyudun, üzərinə pudra səpin və ya əridilmiş şokolad tökün. Nuş olsun!