Qəhvəli peçenye

Qəhvəli peçenye

İnqridientlər:
100 qr kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
3 ç.q. qəhvə 
50 qr süd
2 ç.q. qabartma tozu
2 stəkan un.

Hazırlanması:
Südü qızdırın, içində qəhvəni əridin, bir az soyudun.
Yağı şəkər tozu ilə yaxşı qarışdırın.
Yumurta əlavə edin, qarışdırın.
Südlə qəhvəni əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırın, kütləyə əlavə edin, yumşaq xəmir yoğurun.
Tavaya kağız sərin, xəmirdən kiçik peçenyeləri düzəldin və tavaya düzün.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeləri 10-15 dəqiqə bişirin.
Nuş olsun!
Top