Ərzaqlar:
Yağlı xama – 400 qr.
Jelatin – 10 qr.
Qəhvəyi şəkər – 3 x.q.
Üzüm – 100 qr.
Acı, tünd şokolad – 200 qr.
Yağlı qaymaq – 200 ml.
Südlü xəmirdən nazik blinlər – 30 ədəd
Təzə nanə
Hazırlanması:
Xırda üzüm isti suya tökülüb, 30 dəqiqə saxlanılır, sonra su süzülür, üzüm soyudulur. Qazana 0,5 stəkan su alınıb, jelatin burda 10 dəqiqə isladılır, sonra bura şəkəri əlavə edib qarışdırır və odun üzərindən qaynadılır. Həm şəkər, həm jelatin suda tam həll olunmalıdır.
Jelatinli siropu bir az soyudur, xama və üzümlə qatırsız. Soyuducuda 40 dəqiqə saxlayırsız. Tünd şokolad qaymaqla birgə əridilir.
Blinlərdən birini gotürür, hamar bir taxta üzərinə qoyur, şprisə şokoladlı qarışıqdan doldurub blinçikin içinə kənarları boyu bu kremdən qoyulur. Blinçikin ortasına doğru isə ağ xamalı kremdən qoyulur. Hər iki krem şprislə nazik şəkildə edilməlidir və blinçik rulet formasında bükülür. Beləcə bütün blinlər kremlənib bükülür.
Ruletlər tort üçün boşqaba bir lay düzülür, üzərindən ağ xamalı kremdən gəzdirilir. Sonra yenə lay düzülür. İstəsəniz dairəvi düzün, istəsəniz piramida kimi. Tort hazır olandan sonra 3 saat soyuducuda özünü tutmaq üçün saxlanılır.
Süfrəyə verəndə şokoladlı qarışıqdan üzərinə gəzdirib, təzə nanə yarpaqları ilə dekor etmək olar.