Tərkibi:
150 q pendir
2 yumurta
50 q kərə yağı
50 q un
1 st. süd.
Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın. Qazanda kərə yağını əridin. Daim qarışdıraraq unu əlavə edin.
Qarışdırmağı dayandırmadan südü tədricən əlavə edin. Pendiri doğrayın. Qazana əlavə edib əriyənədək qarışdırın. Qazanı ocaqdan götürün, yumurta sarılarını əlavə edib yaxşıca qarışdırın.
Yumurta ağlarını möhkəm çalın. Pendirli qarışığa əlavə edin. Səliqəylə, eynicinsli kütlə alınanadək qarışdırın. Formaları yağlayıb azca un səpin. Pendirli qarışığı formaların içinə tökün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Nuş olsun!