Tərkibi:
bibər
duz
sarımsaq.
Hazırlanması:
Turşu üçün incə, uzun acı və ya şirin bibərlər istifadə edin.
Turşu olduqdan sonra istənilən sarı rəngi əldə edə bilmək üçün, təzə halda ikən rəngi tünd yaşıl bibərləri seçin.
Ən yaxşısı yaşıl-sarı rəngdə olan bibərləri seçin. Əzik və çürük olanları çıxarın. Turşunun hazırlanması və qatqı maddələri, xiyar turşusunda olduğu kimidir. Yalnız bibər turşusunun duz miqdarı bir az daha az olmalıdır.
Tərəzi ilə ediləcəksə. nəticədə duz nisbəti % 4 olacaq şəkildə hesaplanmalıdır; əvvəldən hazır bibər istifadə ediləcəksə, bibərin duz nisbəti % 7-8 olmalıdır. Bibər turşusunun təzə olması onun dad və qoxusunda olan dəyişmə və yaşıl rəngin tam sarıya dönməsi ilə aydın olar bilər.
Bibər turşusu sadə olaraq hazırlanıb xiyar və pomidorla birlikdə, qarışıq olaraq da hazırlana bilər.
Nuş olsun!