Elə ailə yoxdur ki, hər gün kartofdan nəsə hazırlamasın. Amma çox qidalarda olduğu kimi kartofu da yanlış hazırlayırıq.
Dietoloqlar və həkimlər kartofu qabıqlı halda suda və ya sobada bişirib yeməyi tövsiyyə edir. Ən faydalı kartof manqalda və ya közdə qabıqlı bişmişidir. Yalnız bu zaman kartofda olan maddə və vitaminlər insan orqanizminə keçir.
Çünki kartofun qabığı içindən daha faydalıdır. Karfotun qabığını soyanlar bilsin ki, onu zibil qutusuna atmış oldular.
Kartofu ət yanında qarnir kimi vermək isə ən səhv seçimdir. Ağır ət yeməyi yanında kartof mədəni əlavə yükə salır və həzm prosesləri pozulur ki, nəticədə insan qarında ağırlıq və köp hiss edir. Kartofu göyərti, kələm, pomidor və digər tərəvəzlərlə birgə və ya ayrıca yeyin.
medicina.az