Qozlu peçenye

Qozlu peçenye

Tərkibi:
125 qr kərə və ya marqarin yağı
(otaq tempraturunda)
1 çay qaşığı maye yağ
2 ədəd yumurta
(birinin ağı üstünə gedəcək)
1 stəkan pudra şəkəri
1 stəkan buğda nişastası
Yarım paket qabartma tozu
Yarım paket vanil
3 stəkan un

Üstü üçün:
qoz ləpəsi

Hazırlanması:
Marqarinlə yumurtanı dərin bir qabda yağ əriyənə qədər yoğurun;
Digər bütün inqridiyentləri də əlavə edib yapışmayan xəmir əldə edin (unu az-az əlavə edin);
Yumurtların ağını və qozları ayrı qablara qoyub xəmirdən qoz böyüklüyündə parçalar qoparın;
Əlinizlə yumrulayıb öncəliklə yumurta ağına, sonra isə qoza batırın;
Yağlı kağızın üzərinə qoyub sobada 170 dərəcədə 25-30 dəqiqə bişirin.
Top