İnqridientlər:
5 ağ kələm yarpağı
2 ədəd yerkökü
2 xörək qaşığı konservləşdirilmiş yaşıl noxud
2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
500 qram döş əti
zeytun yağı
10 ədəd zeytun
2 xörək qaşığı narşərab.
Hazırlanması:
Kələm azca pörtlədilib soyuduqdan sonra xırda doğranır. Yerkökü 10 dəqidə bişirilir, soyuduqda 1 sm en və 5-6 sm uzunluqda nazik doğranır. Zeytun doğranır, qarğıdalı və yaşıl noxudla birgə tərəvəzlərə əlavə edilir.
Tava qızdırılır, döş ətinin hər iki üzü duz, istiot və pul bibər qarışımına batırılıb qızardılır. Ət soyuduqdan sonra kubik şəklində doğranıb, tərəvəzlərə əlavə edilib, üzərinə narşərab tökülür. Nuş olsun!