Maraqlı 101 sual

Maraqlı 101 sual

Nə üçün dəniz havası insan üçün faydalıdır?
Dəniz havası ona görə faydalıdır ki, onun tərkibində dəniz sahilində mövcud olan bakteriyalardan əmələ gəlmiş xüsusi kimyəvi maddələr vardır. Lakin keçən il aparılmış tədqiqatlar göstərmişdir ki, böyük limanlarda dəniz duzu dəm qazları əmələ gətirən kimyəvi maddələrlə reaksiyaya girə bilər və bu, atmosferin çirklənməsinə səbəb olar.
Bitkilər qocalıqdan ölürlərmi?
Yaxşı şəraitdə bəzi bitkilər əbədi yaşaya bilir. Bitkilərin ölümü xarici şəraitin dəyişiklikləri nəticəsində baş verir. Lakin birillik bitkilər toxum əmələ gətirdikdən sonra bəli, ölürlər.
Doğrudurmu, saqqız orqanizmdə bir neçə il qalır?
Yox. Saqqız həzm olunmur, lakin o, adi həzm sistemində hərəkət etməməyə imkan verən sirli xüsusiyyətə malik deyildir. Saqqız adətən orqanizmdə 3 gündən artıq qalmır.
Fobiyalar haradan əmələ gəlir?
Əhalinin təqribən 10%-i fobiyalardan əziyyət çəkir. Onldardan bəziləri zərərverici hadisələr, digərləri isə fiziki problemlərlə bağlı olur. Tədqiqatlar göstərir ki, adi fobiyalar müəyyən dərəcədə irsən keçir, digərləri isə mədənin inkişaf prosesində yaranır. Məsələn, hörümçəklərdən qorxmaq orta əsrlər dövrünə gedib çıxır, çünki vəba xəstəliyindən və xaraba qalmış evlər hörümçək torları ilə örtüldüyü üçün insanda hörümçəyə qarşı bir qorxu hissi yaranmışdır.
Nə üçün insanı avtomobilin arxa oturacağı daha çox yırğalayır?
Yəqin ona görə ki, oradan üfüq yaxşı görünmür. Yırğalanma o, zaman baş verir ki, dayaq-hərəkət aparatı onun daxili qulağında hərəkəti qeydə alsa da, gözlər bildirir ki, insan sakit vəziyyətdədir.
Əgər Ay olmasa idi, nə baş verərdi?
Əgər Ay olmasa idi, ilk növbədə, onun təsiri özünü qabarma və çəkilmələrdə göstərərdi. Yalnız Günəşin cazibə qüvvəsi qaldığı üçün yüksək və aşağı çəkilmələr arasındakı mövcud fərqlər aradan qalxardı.
Həmçinin Yerin dövretmə sürətini ləngidən qabarmanın gücü də aradan qalxardı. Və buna görə də, hər 100 ildən bir günün uzunluğu təqribən 0,002 saniyə artardı. Uzunmüddətli perspektivdə hadisələr daha ciddi vəziyyət alardı. Yer kürəsinin iqlimi planet oxunun 23,5 dərəcə əyilməsindən asılıdır və stabilləşdirici Ay gücünün cazibəsi olmadan bu dönmə bucağı, məsələn, Marsda olduğu kimi bir neçə milyon ildə bir dəfə 60 dərəcə dəyişə bilərdi.
Sabun parçasının səthi təmiz olurmu?
Yox. İstifadə etdikdən sonra sabun parçasının səthində su, sabun və çirkdən ibarət nazik təbəqə qalır. Su quruyan vaxt çirk sabuna yapışır.
Nə üçün soğan insanı ağlamağa məcbur edir?
Soğanı təmizləyən vaxt havaya kiçik damcılar yayılır. Yaponiyalı alimlərin son tədqiqatı göstərmişdir ki, bu damcıların tərkibində gözyaşardıcı sintaz adlı enzim, eləcə də tərkibində kükürd olan maddə vardır ki, onlar birlikdə təsir göstərən vaxt propantialoksid adlı güclü qıcıqlandırıcı alınır. Bu cür damcı gözə düşən vaxt orqanizmin reaksiyası kimi güclü göz yaşı əmələ gəlir ki, onun vasitəsi orqanizm bu maddəni yumağa çalışır.
Toxumalar ölən vaxt bədənimizdə onlarla nə baş verir?
Bədənimizin səthində və ya daxili orqanların pərdəsində toxumalar ayrılır, bədənin daxilində faqositlər, yəni başqa toxumaları udan və həzm edən ağ qan cismicikləri yaranır. Ölü toxumaların enerjisi daha çox əmələ gəlir və digər ağ cismicikləri üçün vasitə kimi istifadə edilir.
Doğrudanmı solaxay adamlarda daha qeyri-stantart düşüncə tərzi vardır?
Yox. Tədqiqatlar solaxay adamlarda qeyri-adi və gözlənilməz problemlərin həllində daha çox inkişaf etmiş yaradıcılıq qabiliyyətinin olduğunu təsdiq etmir.
Daltonizmi korreksiya etmək olarmı?
Yox. Daltonizm göz proteinlərinin rəngə hissiyatını kodlaşdıran genlər vasitəsilə irsən ötürülür.
Ulduzlar öz qalaktikalarını tərk edir və kainat üzrə azırmı?
Bəli, ulduzlar ona qalaktikanı tərk etmək üçün tələb olunan daha çox sürət verən ərazi üzrə qara deşiyə yaxınlaşan vaxt qalaktikadan atıla bilər.
Əgər sizdə GPS-naviqatorlu mobil telefon varsa, xüsusi xidmət orqanları sizin yerləşdiyiniz yeri müşahidə edə bilərmi?
Bəli. Əgər sizin telefonda GPS-naviqator varsa, operator sizin yerləşdiyiniz yeri müşahidə edə bilər. Lakin bunun üçün siz onunla rabitədə olmalısınız.
Nə üçün quş qanadları islanmır?
Quşlar dimdiklərini quyruqlarının üstündəki xüsusi vəzə sürtərək qanadlarını yağlayırlar. Bu yağ isə quş tüklərini bir birindən ayırır. Su bu yağ təbəqəsi arasından nüfuz edə bilmədiyi üçün qanadlar sukeçirməz olur.
Nə üçün insanlardakı saç meymunların saçından azdır?
İnsanların təkamül prosesində təmamilə itirdikləri yeganə tüklər burun deşiklərin ətrafındakı sensor tükcüklərdir. İnsan bədəninin qalan hissəsi çox qısa və çox zərif tüklər-vellus-larla örtülmüşdür. İnsan və meymunlar arasındakı fərq vellus saçılarının həcmində və paylanmasındadır.
İnsanda saçın nisbətən olmamasını izah etmək üçün elmdə müəyyən cəhdlər olmuşdur, lakin onlardan heç biri ümumi qəbul edilən səviyyə çatmamışdır. Lakin belə bir fərziyyə vardır ki, insan öz saç örtüyünü tarixə qədərki, dövrdə itirmişdir. Çünki o, Afrika savannasının isti iqlim şəraitində tərin ayrılması zamanı bədənin sərinləməsinə mane olmuşdur. Digər bir nəzəriyyəyə görə, insan neandertallar təqribən 200 milyon əvvəl paltar geyənə qədər öz saç örtüyünü itirməmişdir. Lakin bu fikirlərin hamısı nisbidir. Çünki saçlar bədənin daşa çevrilməsi zamanı öz dəqiq izlərini saxlamır. Biz hətta tam əminliklə deyə bilmərik ki, saçların olmaması insanın unikal cizgisidir.

Nə üçün qağayılar qaz buraxa bilmirlər?
Qağayılar digər quşlar kimi öz bədənlərində kloakuya malikdirlər ki, onun vasitəsi ilə həyat fəaliyyyəti üçün istifadə edilmiş məhsullar böyrək və bağırsaq sistemindən kənarlaşır. İnsandakı anal deşik analogiyası kimi onlardakı deşik də əzələlərdən ibarət sfinkterlə bağlanır. Quşların həzm orqanları insanın həzm orqanlarından qısa olsa da bakteriyalarla doludur və bu bakteriayalar qaz əmələ gətirir. Qazın təzyiqi sfinkterin dartılması üçün tələb olunan gücdən çox olan vaxt qaz çölə çıxır. Ola bilsin ki, qağayılar da heç vaxt qaz buraxmayan quşların xüsusiyyətinə malik olmuşlar.

20:20 görmə qabiliyyəti nə deməkdir?
Əgər sizin görmə qabiliyyətiniz "əla«dırsa hollandiyalı oftalmoloq, doktor German Snellen tərəfindən 1862-ci ildə hazırlanmış görmə qabilliyətinin yoxlanması üzrə standart cədvələ əsasən görmə qabiliyyətiniz 20:20-dir. Yuxarı hissəsində yeganə böyük hərf təsvir edilən, aşağısında isə bir qayda olaraq ölçülərinə görə kiçikləşən hərflərin sırası olan bu cədvəldən indi də istifadə edilir. Cədvəldəki birinci hərf görmə qabiliyyəti yoxlanılan adamın cədvəldən nə qədər uzaqda (futla) oturduğunu və ya dayandığını gösətərir. İkinci hərf testdən keçirilən hərflərin təsviri ilə müqaisədə elə həmin sətri oxumağı bacarmaq üçün yaxşı görmə qabiliyyəti olan adamın ondan nə qədər məsafədə dayanmasını göstərir. Əgər sizin görmə qabiliyyətiniz 20:30-sa, bu o deməkdir ki, yaxşı görmə qabiliyyəti olan insan bu hərfləri 20 fut məsafədən oxumasına baxmayaraq, 30 fut məsafədədə oxuya bilir. İndi bu məsafə metrlə ölçüldüyü üçün 20:20 „əla“ görmə qabiliyyəti 6:6 kimi müəyyən edilir.

Genetik mutasiya superqəhrəman gücünə malik insanın yaranmasına gətirib çıxara bilərmi?
Yox. Genetik mutasiya nəticəsində DNT zəncirində dəyişikliklərə səbəb olan yeni gen alırıq.

Doğrudanmı əks qüvvələr bir-birinə cəzb olunur?
Yox. İnsanlar özlərinə daha çox oxşayan partnyolrları seçirlər. Bu ən azı 5 şəxsi keyfiyyət Ü razılaşma, nizam-intizam, səmimilik, yüksək sədaqətlilik və əsəblərlə bağlıdır.

Şirlər nərildəyirmi?
Pişiklər fəsiləsinin bütün üzvləri nərildəyirlər, lakin şirlərin də daxil olduğu panteraların nümayəndələri nəfəs verən vaxt nərildəyirlər.

Bəzi insanlar şanslı doğulurlarmı?
Bəxti gətirmək Ü bu, nadir olaraq uyğungəlmədir. Əks təqdirdə bəxti gətirməməkdir. Lakin müxtəlif adamlar bəxti gətirməyi və uğuru müxtəlif şəkildə qəbul edirlər. „Xoşbəxtlik amili“ kitabının müəllif,i professor Riçard Uayzmen bu nəticəyə gəlmişdir ki, bəzi adamlar digərlərindən daha yaxşı təsadüfü hadisələrdən istifadə edə bilir və yeni imkanların baş verə biləcəyi vaxtı sakitliklə gözləyə bilirlər. Bu adamların özlərini şanslı hesab etməsi faktı o deməkdir ki, onlar, adətən, öz həyatlarına „bəxti gətirməyin“ şişirdilməsi və uğursuzluğun azadılması nöqteyi — nəzərdən yanaşırlar.

Adət etməmişdən əvvəl mən nə qədər siqaret çəkməliyəm?
Orqanizmin nikotindən asılılıq dərəcəsi Faqerstrom testinə görə qiymətləndirilir. Bu test qısa sual kitabçasından ibarətdir. Burada sizin gün ərzində neçə siqaret çəkdiyiniz, yuxudan oyandıqdan nə qədər sonra sizin siqaret çəkdiyiniz dəyərləndirilir. Siqaretə vərdiş etmək üçün bir siqaretdən çox çəkmək tələb olunsa da, gənc adamlarda siqaretə qarşı asılılıq, adətən, onların tütünü ilk dəfə sınaqdan keçirdiyi andan başlayraq bir il müddətində yaranır.

Nə üçün bulud göydən yerə düşmür?
İsti və nəm hava cərəyanı yuxarıya yönələrək soyuma zamanı bulud əmələ gətirir və onları səmada saxlayır. Adi buludda suyun çəkisi təqribən 200 erkək fil ağırlığında olur, lakin bunların hamısı yerə tökülmür, çünki su xırda su damcıları və buz hissəcikləri əmələ gətirir. Hətta ən böyük damcının radiusu 0,1 mm Üdən böyük olmur. Əgər bu ölçüdə olan su damcısı sərbəst şəkildə yerə düşməyə başlayarsa, o elə hava müqaviməti ilə rastlaşar ki, onun maksimal sürəti 30sm/saniyə təşkil edər. Yalnız çoxlu miqdarda damcı yerə tökülən vaxt onlar yağış şəklində aşağı düşmək üçün kifayət qədər böyük olurlar. Buludları „saxlamaq“ üçün lazım olan havanın sürəti oların növündən asılıdır. Yastı, eninə yayılan təbəqəli bulud yuxarıya tərəf yalnız bir neçə sm/saniyə sürətlə qalxan zəif hava cərəyanları ilə formalaşır və saxlanılır. Güclü yağış və şimşəklə müşayiət olunan bulud yığını özündə daha iri yağış damcılarını saxlayır, ona görə də onların saxlanması üçün sürəti bir neçə metr/saniyə sürətlə yuxarıya hərəkət edən hava axınları tələb olunur.

Kosmos hansı nöqtədən başlanır?
Qəribədir ki, astronavtların kosmosu tədqiq etməyə başladığı 50 ildən çox bir vaxtdan sonra belə dünyada onların çıxmağa risk etdiyi sferanın vahid beynəlxalq hüquqi təyinatı qəbul edilməmişdir. NASA bir qayda olaraq 80 km yuxarı uçan hər bir kəsə astronavt yarlığı verir. Keçən əsrin 60-cı illərində bu şərəfə „X-15“ hipersəs sürətinə malik təyyarənin 8 piolotu, eləcə də „Merkurii“, „Cemini“ və „Apollon“ proqramlarında iştirak etmiş astronavtlar layiq görülmüşlər. Bu cür yarlığı 1963-cü ildə 100 km-dən yuxarı hündürlüyə uçmuş pilot Co Uoker da almışdır. Ekspertlərin əksəriyyəti bu yüksəklikdəki missiyanı kosmik uçuş adlandırmağa hazırdırlar, lakin hüquqi cəhətdən bu, hələ rəsmiləşdirilməmişdir.
Avstraliyalı hüquqşünaslar isə 2002-ci ildə rəsmi şəkildə dünyada ilk dəfə qərara almışlar ki, kosmos 100 km hündürlükdən başlanır.

Nə üçün biz isti yemək yeyən vaxt burnumuz axır?
Adətən, bu onunla bağlı olur ki, göz yaşı mayesi göz yaşı kanalları vasitəsilə buruna axır. Göz almacığının nəmlənməsi reaksiyasında üç ünsürdən ibarət əsəb — ağıza, buruna və gözlərə yolları olan üzün əsas əsəbi iştirak edir. Ola bilsin ki, bu reaksiya tarixən gözlərin və burnun qıcıqlandırıcılardan mühafizə üsulu kimi yaranmışdır. İsti yeməklə əlaqədar olaraq qıcıqlandırıcı kimi kapsaitsin yağı çıxış edir, soyuq havada isə quru küləyə qarşı reaksiya özünü göstərir.

Mən su xizəyində hərəkət edən vaxt suyun dibinə nə qədər vaxtda bata bilərəm (mənim çəkim 65 kq-dır)?
Nyutonun hərəkət qanununlarına əsaslanmış təqribi hesablamalar 20km/saat nəticə göstərir. Sizi suyun səthinə itələyən güc — sizin su üzərində hərəkət edən vaxt öz yolunuzdan suyu təmizləmək üçün sərf etdiyiniz gücə qarşı olan reaksiyadır. Bu gücün həcmi sizin xizək sahəsinin su ilə və xizəyin suya daxil olduğu bucaqla təmasda olan sürətinizdən asılıdır. Əgər su xizəklərində hərəkət edən insanların şəkillərini və kinofilmlərini müşahidə etsək görərik ki, bu bucaq, bir qayda olaraq, təqribən 15 dərəcə təşkil edir. Deməli, sizin bədəninizin çəkisini su üzərində saxlamaq üçün 20km/saat sürət tələb olunur. Lakin bu rəqəmə o qədər də ciddi yanaşmaq düzgün deyildir, çünki orada sürtünmə gücü, hərəkətdə olan dalğaların effekti və xizəklərin forması nəzərə alınmamışdır.

Nə üçün insanları qıdıqlayan vaxt gülürlər?
Canlı varlığın böyük əksəriyyəti qıdıqlanmaya və ya digər yüngül toxunmalara qarşı reaskiya verir. Uşaqlıqlıqdan qıdıqlanmanı biz hücumun təqlidi və şəxsi yaxınlaşmanın təzahürü hesab ediriksə, biz qıdıqlanmaya gülməyi öyrənirik.
Maraqlıdır ki, bu yaxınlarda nevroloq Sarı-Ceyn Bleykmorun apardığı tədqiqat göstərmişdir ki, insanlar nə qədər çalışsalar da, özü-özlərini qıdıqlaya bilmirlər.
Balıqlar su içirlərmi?
Həm bəli, həm də yox. Şor olamayan suda yaşayan balıq qəlsəmələri vasitəsilə osmosun (mayelərin üzvi rərdə və ya toxumalardan sızıb kezməsi hadisəsi) təzahür etməsi sayəsində kifayət qədər çoxlu miqdarda su sorur. Şor suda yaşayan balıq isə su içir, çünki o, osmosa görə su itirir.

Doğrudanmı eskimosların tualetləri buzdan hazırlanmışdır?
Eskimosların tualetləri sizin tualetinizdən fərqlənmir.
Zürafələr üzə bilirlərmi?
Bəli. BBS kinoopreatorları „Böyük pişiklər“ sənədli serialının çəkilişi zamanı Keniyadakı Maara çayında qısa məsafəni üzən zürafəni lentə almışlar.

Musiqi bitkilərin sürətli inkişafına kömək edirmi?
Yox. Səs vibrasiyalarına reaksiya verən çoxlu sayda bitkilər vardır. Məsələn, mimosa pudica (utancaq mimoza), lakin musiqiyə müsbət reaksiya isə təmamilə başqa bir şeydir.

Doğrudanmı əgər meduza yanıqları üzərinə siyilərsə, ağrı azalar?
Yox, əksinə: hər şeydən əvvəl, dəriyə dəri altına zəhər püskürdən daha çox canlılar, „kiçik qarmaqlar“ düşür.

Qırmızı şərab və qırmızı üzüm eyni dərəcədə faydalıdır?
Yox. Qırmızı şərab flavonoidlərlə (təbii fenol birləşmələri) zəngindir. Şərabda onların sayı üzüm şirəsindən iki dəfə çoxdur.

Güclü maqnit sahələri qanın tərkibindəki dəmirə təsir edirmi?
Bəli, lakin çox zəif. Təsadüfi istilik hərəktləri hemoqlobin molekullarına stabil maqnit qütbsüzlüyü əmələ gətirməyə imkan verir.

Eşşəkarıları bal hazırlayırmı?
Yox. Yaşlı eşşək arıları çiçəklərdəki nektarları çəkir, lakin onu bala çevirmir.

Quşlar elektrik xətləri üzərində dayanan vaxt nə üçün elektrik cərəyanı onları öldürmür?
Elektrik gərginliyi yox, lakin elektrikin keçməsi üçün lazım olan potensialların müxtəlifliyi öldürür. Əgər quş elktrik xətləri üzrəində dayanarsa və gərginlik, məsələn, 35 min volt təşkil edərsə, məhz gərginlik fərqinin olmaması onun həyatına təhlükə yaratmır. Əgər quş qanadını açaraq digər gərginlik altında olan elektrik xəttinə toxunarsa, ölür. Bu səbəbdən də elektrik şirkətləri naqilləri bir-birindn kifayət qədər aralı məsafədə çəkirlər.

Mənim acmağıma nə səbəb olur?
Əsəb sizə sizin mədənizin nə qədər hipotalamusla dolu olduğu barədə informasiya göndərir. Aclıq həmçinin hormonlarla, məsələn, insulit, leptin, qrelin və xolesistokinlə nəzarətdə saxlanılır. Onların səviyyəsi qanda və həzm sistemində olan bəzi qidalandırıcı maddələrin səviyyəsinə uyğun olaraq dəyişir.
Top