Qərənfilli limonad

Qərənfilli limonad

 Tərkibi:
1 portağal
2 limon
1 çay qaşığı limon duzu
1 stəkan şəkər
2.5 litr su
1 ovuc qərənfil

Hazırlanması:
Portağal və limonları dörd yerə bölüb şirəçəkən maşına ataq, üzərinə şəkər əlavə edək 2.5 litr soyuq suyu bir qrafinə töküb üzərinə qarışımı əlavə edək;
Sonda limon duzu, qərənfil əlavə edib mikserlə 10 dəqiqə qarışdıraq. Limonad hazırdır.
Top