Tərkibi:
½ stəkan düyü unu
3 ədəd yumurta
1 xörək qaşığı şəkər tozu
¼ stəkan kokos kremi
1 xörək qaşığı qara küncüt toxumu
¼ stəkan günəbaxan yağı.
Hazırlanma qaydası:
Yumurta və yağdan başqa digər ərzaqlar qarışdırılır. Başqa bir qabda yumurta mikserlə çalınır və günəbaxan yağı ilə qarışdırılır.
Düyü unu, şəkər tozu və digər məmulatlar hazırlanmış qarışıq onun üzərinə əlavə edilir. Vafli bişirmə qabına tökülür. Ağzı bağlanır və bir neçə dəqiqə bişirilir, isti-isti rulet şəklində bükülür.