Makaron börəyi

Makaron börəyi

Ərzaqlar:
• Yarım paket kəpənək makaron
• 4 ədəd lavaş
• 1 stəkan süd
• Yarım stəkan duru yağ
• 2 ədəd yumurta
• Pendir (istəyə uyğun cəfəri də əlavə edə bilərsiniz)

Hazırlanması:
1. İlk olaraq makaronu qaynadıb süzün. 
2. Bir kasada süd, yumurta və duru yağı qarışdırıb börəyin soba podnosuna düzülməsinə başlayın. 
3. Yağlamış olduğunuz podnosa lavaşlardan birini sərin. 
4. Lavaş podnosun kənarlarına çıxacaq şəkildə olsun. 
5. Sərmiş olduğunuz lavaşın üzərinə hazırladığınız qarışığı tökün. 
6. Sobaya qoyub bişirə bilərsiniz. Nuş olsun!
Top