Frikassee

Frikassee

Ərzaqlar:
1 ədəd bütün toyuq
yerkökü
250 qram gül kələm
200 qram yaşıl noxud
150 qram qarğıdalı
3 yemək qaşığı un
200 ml qaymaq
duz
istiot.

Hazırlanması:
Toyuğu qaynadıb, ətini ayırın. Doğradığınız tərəvəzləri tavaya yerləşdirib üzərinə toyuğun suyundan töküb bişirin. 3 qaşıq unu bir az sulandırıb yeməyə əlavə edib 5 dəqiqə bişin. Duz və istiot tökün. Daha sonra 200 qram qaymağı töküb qarışdırıb, ocağı söndürün. Qayan toyuq suyu ilə plov hazırlayıb birlikdə servis edə bilərsiniz. Nuş olsun!
Top