Ərzaqlar:
1 soğan
1/3 stəkan qıyılmış cəfəri
1 yumurta
1 diş sarımsaq
duz
qara bibər
yarım stəkan rəndələnmiş parmezan pendiri
300 q qiymə
8 stəkan toyuq suyu
1 dəstə doğranmış ispanaq
1.5 stəkan ulduz şəhriyə
Hazırlanması:
Küftə üçün rəndələdiyiniz soğan, cəfəri, yumurta, əzdiyiniz sarımsaq, duz və istiotu geniş bir qabda qarışdırın. Rəndələdiyiniz parmezan pendirini və qiyməni də əlavə edib yoğurun. Qarışdırdıqdan sonra kiçik küftələr düzəldib yağlı kağıza yığın.
Sup üçün toyuq suyu və doğradığınız ispanağı bir qazanda qaynadın. Küftələri də əlavə edib qarışdırın. Ulduz şəhriyələri də təxminən 20 dəqiqə qarışdıraraq bişirin. Duz və istiot əlavə edib ocaqdan götürün. İsti-isti servis edi