1.
İosif Stalin — 1922-1953-cü illərdə fasiləsiz olaraq SSRİ-yə rəhbərlik etmişdir. Onun tərəfindən aparılmış bir neçə repressiya nəticəsində 50 milyon nəfər qətlə yetirilmişdir.
2. Pol Pot — hakimiyyətə gəldiyi vaxtı (1975-ci il) «Sıfır ili» elan etmiş, Kambocada qırmızı kxmerlər hərəkatının lideri olmuşdur, şəhərləri ləğv etmiş və ölkənin əhalisini düyü tarlalarında işləməyə məcbur etmişdir. 4 ildən bir az vaxt ərzində 1,7 milyon nəfər adamı məhv etmişdir.
3. Mao Tsedun — müharibədən sonra kommunist Çinin banisi olmuşdu, «böyük sıçrayış» ideologiyasını həyata keçirmək nəticəsində 1976-ci ildə 65 milyon nəfərə yaxın adam ölmüşdür.
4. Kim İr Sen — Şimali Koreya Kommunist Partiyasının rəhbəri, totalitar cəmiyyətin yaradılması 2 milyon nəfərin həyatı bahasına başa gəlmişdir.
5. Tan Şve — Birma Hərbi Xuntasının başçısı, 16 ildir ki, hökmranlıq edir, qiyamçı qəbilələrlə mübarizə aparır, uşaqları orduya çağırır, etirazları qəddarlıqla yatızdırır, ölkədən artıq yarım milyon nəfər adam qaçmışdır.
6. Suxarto — 1998-ci ilə qədər 32 il ərzində İndoneziyaya rəhbərlik etmiş, milli azlıqları təqib etmişdir: yalnız Şimali Timorun işğalı təqribən 100 min nəfərin həyatı bahasına başa gəlmişdir.
7. Səddam Hüseyn — 1979-2003-cü illərdə İraqın diktatoru olmuş, onun əmrinə əsasən, ölkənin şimalında kürd kəndlərində kimyəvi silahdan istifadə edilmiş («Amfal» əməliyyatı); ən azı, yüz min nəfər kişi, qadın və uşaq öldürülmüşdür.
8. Mengistu Xayle Mariam — 1977-1987-ci illərdə Efiopiyada hərbi xuntanın başçısı. Onun tərəfindən aparılmış «qırmızı terror» nəticəsində yarım milyon nəfər qətlə yetirilmişdir.
9. Ömər əl-Bəşir — 1989-cu ildən Sudanın prezidenti. Darfurda 300 min nəfərin ölümü ilə nəticələnmiş kütləvi qətllərin təşkilində günahlandırılır.
10. Fransisko Franko — 1936-1975-ci illərdə faşist İspaniyasının diktatoru, özünün siyasi rəqiblərini məhv etmiş və milli azlıqları cəzalandırmışdır; onun hakimiyyəti dövründə 55 min respublikaçı qətlə yetirilmişdir.
11. Ənvər Xoca — 1944-cü ildən 1985-ci ildə özünün ölümünə qədər Albaniyanın vahid rəhbəri olmuşdur. Gizli polisin köməyi ilə cəmiyyət üzərində total nəzarəti yerinə yetirmiş, Albaniyanı ilk ateist dövləti elan etmişdir ki, bu da dindarların və imamların kütləvi məhvi demək idi.
12. İosip Broz Tito — Yuqoslaviya Kommunist Partiyasının yaradıcısı, 1945-ci ildən 1980-ci ildə ölümünə qədər hakimiyyəti idarə etmiş, İkinci Dünya müharibəsindən sonra yalnız Xorvatiya tərəfdarlarından olan 50 min nəfərin qətlə yetirildiyi repressiyanı həyata keçirmişdir.
13. Mobutu Sese Seko — Zairin diktatoru. 32 illik hakimiyyəti dövründə (1965-1997) dövlət büdcəsindən özünün İsveçrədəki şəxsi hesabına 5 milyarddan çox dollar köçürmüş, məhəlli üsyanları qan içərisində yatırtmışdır.
14.
Jan-Bedel Bokassa — 1966-1979-cu illərdə Mərkəzi Afrika Respublikasının diktatoru, özünü imperator və 13-cü apostol elan etmişdir. İnsan ətinə və cah-cəlala ehtirası ilə məhşurdur.
15. İdi Amin — Uqandadakı 8 illik avtoritar hökmranlıq illəri ərzində (1971-1979) özünün siyasi rəqiblərindən yarım milyon nəfərdən çoxunu qətlə yetirmişdir.
16. Robert Muqabe — Zimbabvenin diktatoru. 1980-ci ildən ölkəni idarə edir, öz ölkəsində humanitar böhrana — aclıq və vəba epidemiyasına səbəb olmuşdur; qəddarlıqla müxalifəti təqib edir.
17. Xorxe Videla — 1976-cı ildə dövlət çevrilişi nəticəsində Argentinada hakimiyyətə gəlmişdir, 15 il müxalifəti və onların ailələrini gizli həbs düşərgələrinə göndərmişdir: o vaxt 30 minə yaxın adam itkin düşmüşdür.
18. Auqusto Pinoçet — 1973-cü il çevrilişindən sonra 17 il müxalifəti təqib etmişdir; həmin illər, ən azı, iki min nəfər adam qətlə yetirilmiş, bir neçə min nəfər təhlkəsizlik xidmətinin qazamatlarında işgəncələrə məruz qalmışdır.
19. Nikolae Çauşesku — onun çevriliş və edamla nəticələnən 34 illik hakimiyyəti olub. Rumıniya tarixində ən pis və ən dəhşətli diktatorlardan biri hesab edilir.
20. Fidel Kastro — Kubanın xarizmatik lideri; öz vətəndaşlarının müəyyən hissəsi arasında sevilir, lakin müxalifətə qarşı münasibətdə amansızdır: yarım əsrlik hakimiyyəti dövründə (1958-2008) onun təqsiri ucbatından bir neçə on min nəfər öldürülmüşdür. Dəqiq sayı məlum deyildir.