24 ədəd mütəkkə üçün Xəmir üçün:
2¾ stəkan un
120 qram soyuq kərə yağı, parçacıqlara ayrılmış
1 stəkan xama
2 yumurta sarısı
İçlik üçün:
½ stəkan qoz, iri şəkildə xırdalanmış
½ çay qaşığı üyüdülmüş hil
¼ stəkan şəkər tozu (şirin olmasını arzulayırsınızsa, biraz daha artıra bilərsiniz, amma ½ stəkandan çox olmamalıdır)
Üzəri üçün:
¼ stəkan şəkər pudrası
Hazırlanması:
Birinci xəmiri hazırlayın. Unu və soyuq yağ parcacıqlarını geniş qaba qoyun. Barmaqlarınızla unu yağa kiçik parçacıqlar şəklində qalana kimi yedizdirin. Xamanı və yumurta sarılarını əlavə edib, daha yumşaq xəmir alana kimi yoğurun. Yumşaq və zərif xəmiri təxminən 5-7 dəqiqə yoğurduqdan sonra əldə edəcəksiniz. Xəmiri 3 bərabər hissəyə bölüb, yumrulayın. Polietilen pakete büküb, 30 dəqiqə müddətinə soyuducuya yerləşdirin.
İçliyi hazırlayın. Şəkər tozunu, hili və qozları bir qabda bir-birinə qarışdırın.
Sobanı 190ºC qızdırın. İki soba qabını bişirmə kağızı sərərək hazırlayın.
Xəmirlərdən birini sobadan çıxarın. Təxminən 28 sm diametrində nazik və yumru şəkildə yayın. Xəmiri iti bıçaqla əvvəl ortadan sonra isə eninə 4 hissəyə, hər hissəni də ikiyə bölərək 8 üçbucaq şəklində ayırın.
Hər üçbucağın içinə qalın tərəfindən kənarında bir sm buraxaraq 1 çay qaşığı içlik qoyun, sonra nazik tərəfinə doğru yumrulayın. Geri qalan xəmirlərlə eyni prosesi edin. Aralarında təxminən 2 sm məsafə buraxaraq mütəkkələri soba qabında yerləşdirin.
Sobanın orta hissəsində 20 dəqiqə bişirin.
Sobadan çıxandan sonra qabında soyumağa qoyun. Tamam soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.
***
Resept Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan kitabından adaptasiya olunmuşdur.