Yarpaq dolmasının dadlı olması üçün:
— Hər şeydən öncə, aşpaz yüksək əhval-ruhiyyədə olmalıdır;
— Yarpaq yaxşı seçilməlidir, məsələn, Novxanı yarpağı...;
— Nəinki yarpaq dolması, ümumiyyətlə, bütün yeməklər vam odda, yavaş-yavaş bişməlidir;
— Dolmalıq ət yumşaq olmalı və yaxşı olar ki, quzu əti olsun.
Oqtay ustanın aşının-plovunun dadı, ətri insanı valeh edir. Bəs onları necə belə dadlı edirsiniz, sualımıza belə cavab verdi:
— Həmişə T.Əmiraslanov deyir ki, düyü qadına bənzəyir, onunla incə davranmaq lazımdır. Doğurdan da, düyü ilə çox zərif hərəkət etmək lazımdır. Onu soyuq suda deyil, isti suda islağa qoymaq lazımdır. Ən azı 3-4 saat, yaxşı olar ki, gecədən səhərə kimi suda islaqda qalsın. Belə olan halda düyü şişir və bişəndə isə əyilir, yumşaq olur. Düyünü sadəcə yaxalayıb qaynadanda isə diri qalır.
Düyünü süzüb qazana yığanda birdəfəyə boşaltmaq olmaz. Onu kəfkirlə yığırsan ki, arasına hava keçsin. Sonra oxlovla deşirik ki, alta yığılan buğ yuxarı çıxsın. Şef-aşpaz özü ən çox hansı plovu sevir, soruşduqda “MƏNİM ƏN SEVİMLİ YEMƏYİM TURŞU QOVURMADIR” dedi.
Müsahibəni aldı: Aygün Musayeva