Ərzaqlar:
Mal ayağı — 2 ədəd
Sarımsaq — 10 qr.
Üzüm sirkəsi — 40 qr.
Duz, istiot– zövqə görə.
Hazırlanması:
Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4yerə bölmək. Bunları minalanmış qazanın içinə qoymaq, üstünə su tökmək. Kəfi yiğmaq, su qaynayanda,onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq. Su 15-20 sm ayaqları örtməlidirvə balaca odun üstündə bişirmək. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq lazımdır.
Bəzən başsoğan atırlar ki, kəf yaxşı yığılsın və kök salırlar ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanıvə kökü çıxarıb atırlar. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edilir. Ayaqlar o həddə qədərbişirilir ki, əti sümükdən ayrılsın. Xaş adətən gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyunmiqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır. Xaşı sirkəniniçində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər.
Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.