Tərkibi:
500 qr çiyələk
4 stəkan süd
2 stəkan şəkər tozu
1 çay qaşığı kərə yağı
2 çay qaşığı nişasta
1 xörək qaşığı limon likörü
1 paket vanil
1 ədəd yumurta sarısı.
Hazırlanma qaydası:
Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın.
Nişastanı qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.